"Barselona"nın sabiq futbolçusuna 12 aylıq cəza
"Barselona" və "Çelsi"nin keçmiş futbolçusu Deku 12 aylıq cəzalandırılıb.

Braziliya idman məhkəməsi portuqaliyalı oyunçuya bu cəzanı "Fluminense"nin heyətində oynayarkən dopinqdən istifadə etdiyi üçün verib.

Avqust ayından futboldan getdiyini açıqlayan Deku yenidən yaşıl meydanlara qayıdacağı təqdirdə bu cəza səbəbindən bir il futbol oynaya bilməyəcək.

Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi son olaraq ötən mövsüm "Fluminense"də forma geyib.

Xəbər 975 dəfə oxundu.