Özil: “Ronaldo Messidən güclüdür”
"Arsenal"ın yeni transferi Məsut Özil dünyanın ən yaxşısı hesab etdiyi futbolçunun adını açıqlayıb.

Türk yarımmüdafiəçi sabiq komanda yoldaşı Kriştiano Ronaldonun Messidən daha güclü olduğunu deyib:

"Ronaldo dünyanın ən yaxşı futbolçusur. Çünki o, hərtərəfli bir oyunçudur və birlikdə oynadığım ən yaxşı hücumçu da Ronaldodur".

Özil portuqaliyalı ulduzdan sonra ikinci ən yaxşı futbolçu olaraq Serxio Ramosu gördüyünü bildirib.

Xəbər 945 dəfə oxundu.