Mançini "Qalatasaray"ı çalışdırmaqdan imtina etdi
İtaliyalı baş məşqçi Roberto Mançini "Qalatasaray"ın təklifini rədd edib.

Terimlə yolları ayırdıqdan sonra baş məşqçi axtarışına başlayan İstanbul klubunun nümayəndəsi bu gün İtaliyaya gedərək Mançini ilə görüşüb.

Ancaq tərəflər arasında maliyyə cəhətdən razılıq əldə olunmadığı üçün italiyalı mütəxəssis "Qalatasaray"a gəlməkdən imtina edib. Mançininin İstanbul klubunu çalışdırmaq istəməməsinin digər səbəbi kimi onun milli komandada işləmək arzusunun olduğu göstərilib.

Xəbər 893 dəfə oxundu.