Penitensiar xidmətin tərbiyə müəssisəsində şahmat üzrə turnir keçirilib
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq sentyabrın 20-də Penitensiar xidmətin tərbiyə müəssisəsində şahmat üzrə turnir keçirilib.

Olimpiya sistemi üzrə keçirilən turnirdə 8 nəfərin iştirakı ilə keçirilən yarışda birinciyə Fuad Həsənov, ikinciyə Cavad Ağayev, üçüncü yerə Arif Əliyev layiq görülüblər.

Sonda qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 956 dəfə oxundu.