Siyəzəndə rayon birinciliyini keçirilib
Siyəzən rayon Gənclər və İdman idarəsi gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və məktəb şagirdlərinin hərbi idman oyunlarına kütləvi şəkildə cəlb olunması məqsədi ilə sentyabrın 27-də X-XI sinif şagirdləri arasında payız çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyini keçirilib.

Şəhər stadionunda təşkil olunan yarışlarda şəhər və kənd tam orta məktəblərinin 14 komandası iştirak edib.

Yarış ərzində komandalar birinciliyin proqramına daxil edilən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə mübarizə aparıblar.

Şəhər 1 saylı tam orta məktəbin komandası qalib gələrək payız çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə oktyabr ayında keçiriləcək respublika çempionatının zona mərhələsinə vəsiqə qazanıb.

Gilgilçay qəsəbə tam orta məktəbin komandası ikinciyə, şəhər 3 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.

Xəbər 1580 dəfə oxundu.