“Tour of Anapa” yarışında ikinci mərhələ keçirilib
U17 və U 15 yaş kateqoriyası üzrə Azərbaycanın velosiped üzrə milli yığma komandası “Tour of Anapa” yarışında iştirak edir.

U17 yaş kateqoriyası üzrə milli komandamızı Qəhrəmanlı Kənan, Qarayev Nicat və Məmmədov Tərlan təmsil edirlər. İkinci mərhələdə idmançılar 76 km məsafəni qət etməli olmuşlar. Komandamızın velosipedçisi Qəhrəmanlı Kənan ikinci mərhələni 25-ci yerdə tamamlamışdır. Digər idmançı Qarayev Nicat finişə 32-ci olaraq gələ bilmişdir.

U15 yaş kateqoriyası üzrə ölkəmizi təmsil edən Dadaşov Bakir 50 km məsafəni qət edərək 80 idmançı arasında 12-ci olmuşdur.

Xəbər 1054 dəfə oxundu.