Bolt: "Beylə kömək edə bilərəm"
Yüngül atletika üzrə dünya rekordçusu Useyn Bolt "Real"ın (Madrid) yeni transferi Qaret Beyli daha yaxşı futbolçu edə biləcəyini söyləyib.

Uelsli yarımmüdafiəçiyə hörməti etdiyini deyən Bolt ona hər zaman kömək etməyə hazır olduğunu bildirib:

"Əgər Beyl məndən kömək istəsə, bunu sevə-sevə edərəm. Eşitdim ki, sürəti mənim sürətimə yaxındır. Ancaq önəmli olan sadəcə bu deyil, top ayağında olduğunda da yaxşı qaça bilməkdir. Ronaldoya bununla bağlı kömək etmişdim. Bu isə onun oyununa təsir etmişdi".

Xəbər 889 dəfə oxundu.