Roberto Mançinidən "Qalatasaray" açıqlaması
"Qalatasaray" klubunun baş məşqçi postuna namizədlərdən olan Roberto Mançini İstanbul təmsilçisindən təklif aldığını təsdiqləyib.

Bu gün "Qalatasaray" rəhbərliyi ilə görüşəcəyini deyən italiyalı mütəxəssis bütün məsələlərdə anlaşacaqları təqdirdə "Cim Bom"u çalışdıracağını bildirib:

"Bir müddətdir, mənə gələn təklifləri dəyərləndirirəm. Dünən klubun prezidenti Ünal Aysal mənə zəng elədi. Son dərəcədə yaxşı və mülayim tərzdə danışdıq. Bu gün onlar İtaliyaya gələcəklər və ətraflı söhbətimiz olacaq. Bütün məsələlərdə anlaşsaq, cümə günü İstanbula gedəcəyəm".

Qeyd edək ki, Mançini son olaraq İngiltərənin "Mançester Siti" klubunu çalışdırıb.

Xəbər 919 dəfə oxundu.