Beylin “Real”a transferi baş tutmaya bilərmiş | |
"Tottenhem"dən 91 milyon avroya "Real"a transfer olan Qaret Beylin Madrid klubuna keçidi baş tutmaya bilərmiş. Uelsli yarımmüdafiəçinin meneceri Conatan Bernett “Real”la Premyer Liqa təmsilçisi arasında razılığın az qala pozulacağını deyib: "Tottenhem" Beylə komandada qalması üçün olduqca yüksək məbləğ təklif etdi. Danışıqlar hər zaman qarşılıqla hörmətlə keçmirdi. Beyl üçün o zamanlar çox çətin idi. Bu səbəbdən klubdan ona bir neçə günlük istirahət verilməsini istədi". Bernett bildirib ki, Beyl "Real"a pula görə getməyib: "Onun pula ehtiyacı olsaydı, "Tottenhem"də qalardı. O zamanlar Beylə yüksək məbləğ təklif edən başqa klublar da var idi". |
|
Xəbər 989 dəfə oxundu. |
|
|