PFL iki oyunun vaxtını dəyişdi
“Araz Naxçıvan” klubu PFL-ə müraciət edərək, ev oyunlarının keçirildiyi stadionda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsilə əlaqədar olaraq V və VI turun oyunlarının bir gün əvvələ keçirilməsinə icazə verilməsini xahiş ediblər.

Bu səbəbdən də yuxarıda qeyd olunanlar, “Karvan” və “Lokomotiv” klublarının razılıq məktubları nəzərə alınaraq Azərbaycan I divizionunun V turunun “Araz Naxçıvan” – “Karvan” matçı 13 oktyabr 2013-cü il tarixindən 12 oktyabr 2013-cü il tarixinə və VI turun “Araz Naxçıvan” – “Lokomotiv” matçı 27 oktyabr 2013-cü il tarixindən 26 oktyabr 2013-cü il tarixinə keçirilib.

Xəbər 1034 dəfə oxundu.