Terim "Qalatasaray"dan getdi
"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yolları ayırıb.

Bu gün yerli vaxtla saat 17:00-da klub rəhbərliyi keçirdiyi iclasda Terimin komandada qalıb-qalmamasını müzakirə edib.

İclasdan sonra klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergen baş məşqçi ilə yolları ayırdıqlarını açıqlayıb. Səbəb olaraq isə onun klub rəhbərliyinə hörmətsizlik etməsi göstərilib.

Bu qərardan sonra, o, yalnız Türkiyə millisini çalışdıracaq.

Qeyd edək ki, Terimin qarşıdakı günlərdə milli ilə may ayında bitəcək müqaviləni uzadacağı gözlənilir.

Xəbər 947 dəfə oxundu.