Sumqayıtda şəhərin bir qrup idmançıları ilə görüş keçirilib
Sentyabrın 20-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov cudo, yunan-roma və taekvondo idman növləri üzrə Avropa və Dünya birinciliklərində yüksək nailiyyətlər əldə etmiş şəhərin bir qrup idmançıları və onların məşqçiləri ilə görüşüb.

Görüşdə cüdo üzrə yeniyetmələr arasında Dünya birinciliyinin qalibi Natiq Qurbanlı (məşqçisi Zaur İsgəndərov), yunan-roma güləşi üzrə yeniyetmələr arasında dünya birinciliyinin qalibi İslam Abbasov (məşqçisi Qərib Əliyev), taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Nərgiz Mirzəyeva (məşqçisi Rəşad Məmmədov) iştirak ediblər.

Baş İdarənin rəisi Musa Həsənov idmançıları və onların məşqçilərini əldə etdikləri yüksək nailiyyətlər münasibəti ilə təbrik edərək Dövlətin digər sahələri kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər H.Əliyev idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayt idmançılarının da əldə etdiyi nailiyyətlərdən, şəhər idmanının coğrafiyasının genişləndirilməsindən və yaradılan şəraitdən bəhs edib.

Tədbirdə çıxış edən məşqçi-müəllimlər ölkə və şəhər rəhbərliyinin onlara göstərdiyi qayğıya görə öz minnətdarlığını bildirib, bundan sonra da nailiyyətlərin əldə olunması üçün əzimlə çalışacaqlarını qeyd ediblər.

Sonda mükafatçılara və onların məşqçilərinə hədiyyələr təqdim olub.

Xəbər 1314 dəfə oxundu.