Luis Suarez "Mançester Yunayted"ə qarşı oynaya biləcək
Ötən mövsüm "Çelsi" ilə matçda rəqibin futbolçusu Branislav İvanoviçin qolunu dişlədiyi üçün 10 oyunluq cəzalandırılan "Liverpul"un hücumçusu Luiz Suarez yaşıl meydanlara qayıdır.

Ölkənin Futbol Federasiyası tərəfindən uruqvaylı hücumçuya verilən cəza başa çatıb.

Klubun baş məşqçisi Brendan Rocers Suarezin böyük ehtimalla, Premyer Liqada "Mançester Yunayted"lə matçda oynayacağını deyib.

Qeyd edək ki, futbolçu ilə bu yay bir çox klublar maraqlansa da, o, "Liverpul"da qalmağı seçib.

Xəbər 870 dəfə oxundu.