“Simeone Ardaya ata kimidir”
“Atletiko”nun keçmiş futbolçusu Paulo Futre klubun türk oyunçusu Arda Turan haqqında müsbət fikirlər səsləndirib.

O, "Marca" qəzetindəki yazısında Dieqo Simeonenin Madrid klubuna gəlişi ilə komandada hər şeyin dəyişdiyini bildirib.

Ardanın isə bir futbolçu olaraq daha yüksək səviyyə gəlməsində argentinalı mütəxəssisin rolunun böyük olduğunu qeyd edən Futre türk yarımmüdafiəçini Simeonenin oğlu kimi olduğunu yazıb:

"Simeone Arda və Miranda üçün hər şeyi dəyişdi. Türk oyunçu çox bacarıqlıdır. Xüsusi hərəkətləri var, fərqlilik yaradan biridir. Top onun ayağında olanda sehirli bir şeylər edəcəyini bilirsiniz. Bu gün Arda "Visente Kalderon" stadionu üçün ideal futbolçulardan biridir. Ardanın bu uğurunda isə baş məşqçisinin böyük əməyi var. Simeone Ardaya ata kimidir".

Xəbər 946 dəfə oxundu.