PSJ klubu ciddi itki ilə üzləşib
PSJ klubu ciddi itki ilə üzləşib.

Klubun braziliyalı futbolçusu Tiaqo Silvanın 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

29 yaşlı müdafiəçi "Monako" ilə matçın (1:1) 15-ci dəqiqəsində zədələnmiş və əvəzlənmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, T.Silva 2012-ci ildə "Milan"dan 42 milyon avroya PSJ-ə transfer olunub. O, indiyə kimi 43 oyunda forma geyib və 3 qol vurub.

Xəbər 1064 dəfə oxundu.