Balotelliyə ağır cəza
"Milan"ın futbolçusu Mario Balotellinin cəzası məlum olub.

İtaliyalı hücumçu A seriyasında "Napoli" ilə matçdan (1:2) sonra hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılımışdı.

İtaliya Futbol Federasiyası bu hərəkətə görə futbolçunu 3 oyunluq cəzalandırıb.

Bununla da, Balotelli "Bolonya", "Sampdoriya" və "Yuventus"la qarşılaşmalarda forma geyə bilməyəcək.

Xəbər 935 dəfə oxundu.