Karateçilərimizin 4-cü medalı
3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazandı. Sentyabrın 24-də keçirilən yarışlarda 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yükəsəldi.

İdman.com.az saytının məlumatına görə, finalda idmançımız Səudiyyə Ərəbistanı ndan olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətləndi.

Bununla da Azərbaycan karateçilərinin 3-cü İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatdı.

Xəbər 1390 dəfə oxundu.