“Qalatasaray”da mühüm görüş
“Qalatasaray" bu gün baş məşqçisi Fatih Terimlə vacib danışıqlar aparacaq.

Yerli vaxtla saat 17:00-da "Türk Telekom Arena"da klub prezidenti Unal Aysalla F.Terim arasında keçiriləcək iclasda təcrübəli mütəxəssisin komandadakı taleyinə aydınlıq gətiriləcək.

Qeyd edək ki, Terimin milli ilə müqavilə imzalamasının ardından baş məşqçi ilə "Qalatasaray" arasında problemlər yaranıb. Mütəxəssis "Cim-bom"un ona təklif etdiyi müqaviləni isə hələlik imzalamayıb.

Bu gün keçirilən görüşdən sonra klubun Terimlə bağlı son qərarı verəcəyi gözlənilir.

Xəbər 868 dəfə oxundu.