Yığma komandamız Portuqaliya və Serbiya yığmaları ilə qarşılaşacaq

Sentyabrın 9-da Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, millimiz D qrupunda Portuqaliya və Serbiya yığmaları ilə mübarizə aparacaq.
Komandamız 2012-ci il fevralın 1-də Portuqaliya, fevralın 3-də isə Serbiya yığmaları ilə qarşılaşacaq.
Yığmamız hər iki oyununu Zaqrebdə keçirəcək.

Xəbər 915 dəfə oxundu.