"Rayo Valyekano" "Barselona"nın rekordunu qırdı
"Barselona" klubu 2008-ci ildən indiyə kimi ilk dəfə bir rəsmi matçda topa ən az sahib olan klub olub.

Kataloniya klubu La Liqanın beşinci həftəsində "Rayo Vallekano" ilə qarşılaşıb.

"Barsa" bu matçda 4:0 hesabı ilə qalib gəlsə də, 49 faizlə topla daha az oynayıb.

Bununla da, klubun 5 illik tarixində ən çox topa sahib olma uğuru qırılıb. "Barselona" sonuncu dəfə "Sanyaqo Bernabeu"da "Real"a 1:4 hesabı ilə məğlub olduğu matçda topa ən az sahib olan komanda olmuşdu.

Xəbər 906 dəfə oxundu.