Kasilyas və Ramos məşqlərə başladı
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qalatasaray"la matçda zədələnərək, meydanı vaxtından əvvəl tərk edən İker Kasilyasın durumu yaxşılaşıb. Təcrübəli qolkiper artıq komanda ilə birgə məşqlərə başlayıb. Kasilyasla yanaşı La Liqanın beşinci turu çərçivəsində baş tutan "Hetafe" ilə matçı kənardan izləyən Serxio Ramos da komanda ilə birgə hazırlıqlara qatılır. "Real"ın bugünkü məşqində Kerim Benzema, Anxel Di Mariya, Xabi Alonso və Qaret Beyl isə fərdi şəkildə məşq ediblər.

Xəbər 877 dəfə oxundu.