İnyestaya Bavariya da elçi düşdü
Münhenin Bavariya klubu Andres İnyestanı transfer etmək niyyətindədir. Almanlar hazırda yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Belə ki, tərəflər 2015-ci ildə başa çatacaq müqavilənin uzadılmasında razılığa gələ bilmirlər.

Bavariyadan əlavə Mançesterin hər iki komandası da İnyestanı heyətinə qatmaq istəyir. Bavariyanın bu alış-verişdə üstünlüyü İnyestanın agentidir. Belə ki, futbolçunun agenti Xosep Quardiolanın doğma qardaşıdır.

Xəbər 851 dəfə oxundu.