Veteranların stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub
Sentyabr ayının 21-22-də “Xəzri” stolüstü tennis klubunda respublika veteranları arasında növbəti payız turniri keçirilib. Tədbirdə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Balakən, Quba və respublikamızın digər bölgələrindən 45-ə qədər idmançı iştirak edib.

Yarışda 3 yaş qrupu üzrə 40-49, 50-59, 60 yaşdan yuxarı idmançılar mübarizə aparıb.

Mükafatçılar aşağıdakı qaydada müəyyənləşib. Kişilər arasında keçirilən yarışda:


40-49 yaş qrupu arasında:

1. Elçin Vəliyev (Bakı)

2. Niyaz Əzimov (Sumqayıt)

3.Azər Cəfərov (Bakı)



50-59 yaş qrupuarasında

1.İlham Ağayev (Gəncə)

2.Qulu Quliyev (Bakı)

3.Teymur Hüseynov (Bakı)


60 yaş və yuxarı

1.Səxavət Heydərov (Bakı)

2.Tahir Xudiyev (Bakı)

3.Niyaz Hüseynov (Bakı)


Qadınlar arasında yarışda Könül Mikayılova birinciyə, Xəyalə Qiyasova ikinciyə, Roza Moiseyeva üçüncü yerə layiq görülüblər.

Qoşa yarışlarda Niyaz Əzimov-Mehman Həsənov cütlüyü birinciyə, Əsgərqulu Heydərli-İlham Ağayev ikinciyə, Səxavət Heydərov–Qulu Quliyev üçüncü yerə layiq görülüblər.

Turnirin qalibləri Stolüstü Tennis Federasiyasının diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Xəbər 857 dəfə oxundu.