Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası keçirilib
16-20 sentyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası keçirilib.

Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.2 (“Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması”) bəndinin icrası məqsədilə təşkil edilib.

İnnovativ İdeya Yarmarkasının “Elmi gəncliyə sərmayə - Gələcəyə sərmayə” adı altında keçirilmiş açılış mərasimi 16 sentyabr tarixdə “Hilton” mehmanxanasında olub. Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, gənc alim və tədqiqatçılar iştirak ediblər.

Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası sentyabrın 20-dək “Olimpik” İdman və İstirahət Kompleksində davam edib.

Xəbər 1017 dəfə oxundu.