"Beşiktaş" - "Qalatasaray" derbisində 67 nəfərin cəzası bəlli olub
"Beşiktaş" - "Qalatasaray" derbisində baş verən hadisələrlə bağlı saxlanılan 67 nəfərin cəzası bəlli olub.

5-ci turda baş tutan qarşılaşmanın son dəqiqələrində meydana daxil olan azarkeşlərdən 67-si bir illik matçlardan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray matçında "Cimbom" 2:1 hesabı ilə üstün olsa da, son dəqiqələrdə azarkeşlərin meydana daxil olması səbəbindən oyun yarımçıq qalıb.

Xəbər 817 dəfə oxundu.