"Ən yaxşısı Balotelli səsini kəsməlidir"
"Milan"ın futbolçusu Mario Balotellinin "Napoli" ilə matçda (1:2) etdiyi hərəkət baş məşqçisi Massimiliano Alleqrini əsəbləşdirib.

Hücumçu matç bitdikdən sonra hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

"Sky Sport İtaliya"ya açıqlamalar verən təcrübəli mütəxəssis Balotelli haqqında bunları deyib:" Ən yaxşısı o, səsini kəsməlidir. Hakimlə mübahisə etmədən meydanı tərk etmək lazımdır. Çünki hakimlə mübahisə etsən də, onun qərarını dəyişdirə bilməzsən. Ona görə Balotelli bu cür məsələlərdə diqqətli olmalıdır"

Xəbər 870 dəfə oxundu.