Reyna Balotellinin rekordunu qırdı
"Milan" klubunun futbolçusu Mario Balotelli karyerasında bir ilkə imza atıb.

İtaliyalı hücumçu A seriyasında "Napoli" ilə matçda ilk dəfə on bir metrlik cərimə zərbəsini qola çevirə bilməyib.

Belə ki, oyunçunun yerinə yetirdiyi penaltini rəqib komandanın qapıçısı Pep Reyna qurtarıb.

Bununla da, Balotelli 26 matçlıq penaltini qola çevirmə rekordunu yeniləyə bilməyib.

Xəbər 901 dəfə oxundu.