Ronaldo “Real”da beşinci oldu
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo klubun tarixində ən çox qol vuran 5-ci futbolçu olub.

Dünən La Liqada "Hetafe" ilə matçda (1:4) portuqaliyalı ulduz dubl edib.

Bununla da, o, Madrid klubunun forması ilə 208 qol vuraraq, Huqo Sançesi (207 qol) keçərək siyahıda 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Real" tarixindən ən çox qol vuran futbolçu 323 dəfə fərqlənən Raul Qonzalezdir. Di Stefano ikinci (307 qol), Santillana üçüncü (290 qol), Puşkas isə (242 qol) dördüncüdür.

Xəbər 903 dəfə oxundu.