Toşak AZAL-la oyundan danışdı
“Qələbə qazandığımız üçün şadam. Erkən qol vurmağımız bizi daha da ruhlandırdı".

Bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak AZAL-la oyundan (3:1) sonra deyib.

Uelsli mütəxəssis qələbə qazanmaqlarının səbələrindən danışıb: "İlk hissədə rəqib oyunçunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu. Qol vurduqdan sonra komandada arxayınlıq yarandı, rəqib mərkəzdə üstünlüyü ələ keçirdi. İkinci hissədə birtərəfli oyun getdi. Əsas odur ki, qol vura bildik, arxası gəldi”.

Xəbər 851 dəfə oxundu.