Azərbaycan-Türk Futbol Məktəbinin açılışı olacaq
Türkiyənin məşhurları Azərbaycan-Türk Futbol Məktəbinin açılışında iştirak edəcək.

Bu gün saat 16 00 da Türkiyədən gələn idman və sənət adamları Azərbaycan-Türk Futbol Məktəbinin açılışında iştirak edəcəklər.

Açılışda Türkiyənin məşhur futbol məşqçiləri Yılmaz Vural,Güvənc Kurtar,qardaş ölkənin məşhur güləşçiləri Ahmat Taşçı və Kadir Birlik, eyni zamanda məşhur sənət adamlar Mustafa Ceceli,Tarık Menguç, Bengü Erden, Ahmet Selcuk İlkan iştirakçılar arasında olacaq.

Qeyd edək ki, futbol məktəbi paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərəcək.

Xəbər 812 dəfə oxundu.