Berdıyev hakimi təhqir etdi, Rondonun ayağı sındı
Rusiya premyer liqasının Rubin-Tom (0-2) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev yan xətt hakimini təhqir edib. Bu oyunun protokolunda öz əksini tapıb.Əlavə edək ki, oyundan sonrakı mətbuat konfransında Berdıyev hakim qərarlarını özbaşınalıq adlandırmışdı.

Qeyd edək ki, bu oyunda hakim meydan sahiblərinin qapısına penalti təyin etmiş və qırmızı vərəqə göstərmişdi.

Bundan əlavə Kazan təmsilçisinin forvardı Rondonun pəncəsi sınıb. O 66-cı dəqiqədə meydanı tərk edib. Futbolçunun hansı müddətdə kənarda qalacağı hələ ki, məlum deyil.

Xəbər 895 dəfə oxundu.