"Dənizlispor" adını dəyişdi
Azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” adını dəyişib.

Dünən birinci divizion təmsilçisi ilə Özel Tekden Xəstəxanası arasında komandanın adı və forma sponsorluğu ilə bağlı müqavilə bağlanılıb.

“Dənizlispor”un prezidenti Süleyman Urkay imzalama mərasimində bu sözləşmənin klubun gələcəyi üçün önəmli olduğunu deyib.

Qeyd edək ki, müqaviləyə əsasən Dənizli təmsilçisi üç il ərzində “Tekden Dənizlispor” adı altında çıxış edəcək.

Xəbər 839 dəfə oxundu.