"Borussiya" ciddi itki ilə üzləşdi
Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib.

Klubun kapitanı Sebastiyan Kel komanda ilə məşq zamanı sağ ayağından zədələnib.

Oyunçunun 6 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilib.

Qeyd edək ki, 2001-ci ildən Dortmund təmsilçisində oynayan Kel indiyə kimi 206 matçda forma geyib.

Xəbər 971 dəfə oxundu.