Vergi qanunu Ronaldo ilə Beyli məyus edib
İspaniyada qüvvəyə minən yeni vergi qanunu La Liqada çıxış edən futbolçuların maaşına təsir edib.

Yeni qanuna əsasən, oyunçular klubdan aldıqları məbləğin 52 faizini vergiyə ödəmək məcburiyyətində qalacaq.

Bu isə ən çox bu mövsüm "Real"la transfer olan Beylin maaşına təsir edəcək. Belə ki, illik 14 milyon avro qazanacaq yarımmüdaiəçi məbləğin yarısından çoxunu dövlətə ödəyəcək. Ronaldo isə illik alacağı 21 milyon avronun 10 milyonundan keçmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, portuqaliyalı hücumçu əvvəlki müqaviləsindən aldığı məbləğin 24.75 faizini vergiyə ödəyirdi.

Xəbər 1019 dəfə oxundu.