"Avro-2020": Bakının rəqibləri bəlli oldu
Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyinə namizəd şəhərlərin adları bəlli olub.

UEFA-nın bu gün keçirilən iclasında Avropanın 32 ölkəsindən 39 şəhərin adı təsdiqlənib.

Bu siyahıda Azərbaycan paytaxtı Bakı da yer alıb. Çempionatın oyunları Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin iki yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. "Avro-2016"da olduğu kimi "Avro-2020"nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.

Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya), Praqa (Çexiya), Kopenhagen (Danimarka), London (İngiltərə), Helsinki (Finlandiya), Lion (Fransa), Skopye (Makedoniya), Münhen (Almaniya), Afina (Yunanıstan), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma, Milan (İtaliya), Astana (Qazaxıstan), Amsterdam (Hollandiya), Varşava, Xojuv (Polşa), Lissabon, Porto (Portuqaliya), Dublin (İrlandiya), Buxarest (Romıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Belqrad (Serbiya), Madrid, Barselona, Bilbao, Valensiya (İspaniya), Solna (İsveç), Bazel (İsveçrə), İstanbul (Türkiyə), Kiyev, Donetsk (Ukrayna), Kardiff (Uels), İrəvan (Ermənistan)

Qeyd edək ki, UEFA Avropa çempionatının oyunlarının hansı şəhərlərdə keçiriləcəyini 2014-cü ilin sentyabrın 25-də açıqlayacaq.

Xəbər 937 dəfə oxundu.