"Bakı" Əziz Quliyevi geri qaytardı
Məlumunuzdur ki, mövsümün gedişində “Bakı” 3 futbolçusunu “Rəvan”a icarəyə verdi. Razılaşmaya görə, Əziz Quliyev, Rəşad Abdullayev və Aqil Nəbiyev “Rəvan”ın uğurları üçün çalışmalıdırlar.
Amma icarəyə gələnlərdən biri artıq qayıdıb. Zədəli olduğu üçün “Rəvan”a tam kömək edə bilməyən Əziz Quliyev geri çağırılıb. Məlumata görə, baş məşqçi Milinki Pantiç onun geri qayıtmasını istəyib.

Qeyd edək ki, “Rəvan” bu gün səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.

Xəbər 1018 dəfə oxundu.