İnter asiyalı biznesmenə satıldı
İnterin prezidenti Massimo Moratti klubun səhmlərinin 70 %-ni indoneziyalı biznesmen Erik Tohirə satmağa razılıq verib. Bu gün Parisdə keçirilən görüşdə tərəflər müqaviləni imzalayıblar.

Gələn həftə ərzində hüquqşünaslar müqavilənin bütün detallarını qaydaya salacaqlar.İnterin satılması ilə bağlı rəsmi xəbər isə qarşıdakı 3 həftə ərzində veriləcək.

Xatırladaq ki, Moratti erasında İnter 18 il ərzində 16 titul qazanıb.Bunlar 5 skudetto, 4 İtaliya kuboku, 4 İtaliya superkuboku, 1 çempionlar liqası, UEFA kuboku və klublarası dünya çempionluğudur.

Xəbər 895 dəfə oxundu.