UEFA dünya çempionatı ilə bağlı qərarını verdi
2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi dünya çempionatının qışda keçirilməsi yenidən gündəmə gəlib.

UEFA-nın keçirdiyi iclasda ali qitə qurumunun 54 üzvü turnirin qış ayında keçirilməsi ilə bağlı qərar veriblər.

FİFA verilən bu qərara oktyabrın 3-də keçirəcəyi iclasdan sonra münasibətini bildirəcək.

Qeyd edək ki, FİFA-nın da çempionatın qışda keçirilməsinə razılıq verəcəyi gözlənilir.

Xəbər 889 dəfə oxundu.