"Real"a 400-cü qolu vuran türk | |
"Qalatasaray"ın futbolçusu Umut Bulut "Real" (Madrid) klubunun tarixinə düşüb. Çempionlar Liqasının qrup mərhələsində Madrid klubu ilə matçda türk oyunçu komandasının yeganə qolunu (1:6) vurub. Bu qol isə "Real"ın Çempionlar Liqasında qapısında gördüyü 400-cü qol olub. Umutun bu qolunun Madrid klubunun arxivində öz əksini tapacağı bildirilib. |
|
Xəbər 877 dəfə oxundu. |
|
|