Ronaldo “Real”ın tarixinə düşdü
"Real"la (Madrid) müqaviləsini yeniləyən Kriştiano Ronaldo klubun tarixinə düşüb.

Portuqaliyalı hücumçu Madrid klubunun əfsanəvi futbolçusu Ferens Puşkaşın 204 matçda 205 qolluq rekordunu geridə qoyub. Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda het-trik edərək 204-cu oyununda 206-cı qolunu vurub.

ÇL-də "Real" forması ilə 38 matçda 41-ci dəfə fərqlənən futbolçu klubun əfsanələri Huqo Sançes və Raulun ardından bu turnirdə ən çox qol vuran üçüncü oyunçu olub.

Xəbər 858 dəfə oxundu.