"Çelsi" 10 ildən sonra uduzdu
Çempionlar Liqasının qrup mərhələsində "Bazel"ə 1:2 hesabı məğlub olan "Çelsi"nin on illik məğlubiyyətsizlik seriyasına son qoyulub.

Klub sonuncu dəfə 2003-ci ildə Çempionlar Liqasında öz meydanında "Beşiktaş"a 0:2 hesabı ilə uduzub.

Həmin vaxtdan dünənki oyuna qədər isə "Çelsi" Avrokubokların qrup matçlarında evində oynadığı heç bir görüş də uduzmayıb. Ancaq dünənki qarşılaşmada "Bazel" qalib gələrək Premyer Liqa klubunun 10 illik məğlubiyyətsizlik seriyasını qırıb.

Xəbər 842 dəfə oxundu.