Salyanda şahmat üzrə rayon birinciliyi keçirilib
Sentyabrın 18-də Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şahmat məktəbində 15 sentyabr “bilik günü” münasibəti ilə şahmat üzrə rayon birinciliyi keçirilib.

Beynəlxalq şahmat qaydalarına əsasən 3 yaş qrupu üzrə, ümumilikdə 65 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi, rayonda şahmat idman oyununu inkişaf etdirmək və rayonun yığma komandasını müəyyən etməkdən ibarət olub.

Böyüklər arasında İsrafil İsrafilov birinciyə, Şövqi Tağızadə ikinciyə, Habil Məlikov üçüncüyə, orta yaş qrupu arasında Röya Kərimova birinciyə, Aytac Abasova ikinciyə, Kamil Cəfərov üçüncüyə, kiçik yaş qrupu üzrə isə Ənvər Kamalov birinciyə, Zeynəb Hüseyinli ikinciyə, Fərhad Həsənov üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.

Xəbər 1443 dəfə oxundu.