Messi: "Turnirə qələbə ilə başlamaq vacib idi"
"Barselona" klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları "Ayaks"la oyun haqda danışıb.

Argentinalı futbolçu ilk oyunda qələbənin vacib olduğunu bildirib:

"Turnirə qələbə ilə başlamaq çox vacib idi. Məncə, oyunumuz pis də alınmadı. Bizdə bəzi futbolçular var ki, onlar əks-hücumlarda əla oynayırlar. Çempionlar Liqasında 62 qol vurduğum üçün sevincliyəm. Ancaq əsas komandanın qələbəsidir".

Qeyd edək ki, "Barselona"nın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi het-triklə yadda qalmışdı.

Xəbər 946 dəfə oxundu.