İstanbulda Ronaldonu döymək istədilər
Çempionlar Liqasının qrup mərhələsinin "Qalatasaray" - "Real" matçında (1:6) xoşagəlməz hadisə baş verib.

Qarşılaşmadan sonra İstanbul klubunun azarkeşlərdən biri meydana daxil olaraq rəqibin futbolçusu Kriştiano Ronaldoya hücum etmək istəyib.

Ancaq əsəbi azarkeşin bu cəhdinin qarşısını polislər ala bilib. Portuqaliyalı ulduz isə təhlükəsizlik xidməti işçilərinin köməyi ilə paltardəyişmə otağına gedib.

Baş verən hadisəyə görə "Qalatasaray"ın UEFA tərəfindən cəzalandrılacağı gözlənilir.

Xəbər 882 dəfə oxundu.