Droqba derbidə olmayacaq
“Real”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Didye Droqbanın vəziyyəti bilinib. O, “Beşiktaş”la derbi matçında forma geyinə bilməyəcək.

Belə ki, oyunun 45-ci dəqiqəsində Madrid klubunun futbolçusu Pepe tərəfindən sərt müdaxiləyə məruz qalan Droqba meydanı yarımçıq tərk etməli olub. Dərhal xəstəxanaya aparılan 35 yaşlı hücumçunun çiyin nahiyəsindən zədə alıdığı aşkarlanıb.

Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” qarşılaşması Superliqanın V turu çərçivəsində sentyabrın 22-də keçiriləcək.

Xəbər 869 dəfə oxundu.