Kasilyasın bəxti gətirmir
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda (6:1) 8 aydan sonra ilk dəfə start heyətində forma geyinib.

Start heyətində oyuna daxil ona ispan qolkiper qarşılaşmanı sona qədər davam etdirə bilməyib.

Görüşün 10-cu dəqiqəsində komanda yoldaşı Serxio Ramosla toqquşan Kasilyas aldığı zərbədən sonra əlcəklərini çıxardıb. Üç dəqiqə daha oyunda qalan təcrübəli qapıçı görüşü davam etdirə bilməyərək 13-cü dəqiqədə Dieqo Lopezlə əvəzlənib.

Qeyd edək ki, Kasilyas Madrid klubunda sonuncu dəfə yanvar ayında forma geyib.

Xəbər 932 dəfə oxundu.