Mişel Platini Bakıya gəlir
UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək.

Səfər çərçivəsində Avropa Futbol Qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında "Avro-2020"nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək.

Əlavə edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.

Xəbər 889 dəfə oxundu.