Millimiz futzal üzrə yoxlama oyunu keçirdi
Futzal üzrə Azərbaycan yığması ötən gecə yoxlama oyunu keçirib. Komandamız AÇ-2014-ün final mərhələsinə hazırlıq çərçivəsində Portuqaliya yığması ilə qarşılaşıb.

Portuqaliyanın Fundao şəhərindəki qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı millimiz açsa da, bu üstünlüyünü əldən verib və görüş sülhlə başa çatıb.

Qeyd edək ki, bu gün sözügedən komandalar daha bir sınaq matçına çıxacaqlar.

Xəbər 724 dəfə oxundu.