Mourinyo qapıçıdan danışdı
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq komandası "Real"dakı qapıçı məsələsinə toxunub: "Məşqçinin seçdiyi futbolçu meyndanda olmalıdır. Bu mənim problemim deyil. Dieqo Lopes "Vilyarreal"la matçda əla təsir bağışladı, amma mətbuatda bu gün Kasilyasın oynayacağını oxudum. Ümid edirəm ki, o yaxşı çıxış edəcək və "Real Madrid" lazımı nəticəni əldə edəcək.

Kasilyası ehtiyatda saxlamağa dair peşəkar qərar qəbul etmişdim, bu işdə mənə siz-jurnalistlərin köməyi lazım deyil. Ançelottinin hər bir qərarını anlamağa hazıram"

Xəbər 829 dəfə oxundu.