Ançelotti: "Hesab oyuna görə olmadı"
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyundan (6:1) sonra açıqlamalar verib.

Təcrübəli mütəxəssis qalib gəlmələrinə baxmayaraq matçın onlar üçün çətin keçdiyini deyib:

"Bu oyunu asan qazanmadıq. Hesab oynanılan futbola uyğun deyil. İlk hissədə rəqibimiz çox yaxşı oyun nümayiş etdirdi. Matçın əvvəlində problemlər yaşadıq. "Qalatasaray" bizdən daha yaxşı oynadı. İkinci hissədə isə üstünlük bizim tərəfdə idi. Rahat oynadıq və özümüzə çox güvəndik".

Ançelotti bildirib ki, qrupdan çıxmaq üçün hər kəsin şansı var: "Digər qarşılaşma 1:1 hesabı ilə bitdiyi üçün hər kəsin şansı var. Ancaq biz üç xal qazanaraq üstünlük əldə etdik".

Xəbər 844 dəfə oxundu.